main-post-cover

    "Google Photos" vasitəsilə videolardan GIF şəkillər düzəldə və paylaşa biləcəksiniz

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Google" özünün Şəkillər xidmətini yenilədi və əlavə etdiyi yeni xüsusiyyətlər vasitəsilə artıq yüklədiyiniz videoları avtomatik olaraq GIF şəkillərə çevirə biləcəksiniz. 

     
    Videonu xidmətin web və ya iOS/Android versiyasından yüklədikdən sonra videonuzdan qısa GIF-lər halında şəkillər ayrılacaq və siz onları istədiyiniz sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşa biləcəksiniz. 
    Bu hələ hamısı deyil: Zamanla, sizin əvvəllər hazırladığınız şəkillər və hər ay "ən maraqlı kadrlar" avtomatik olaraq önə çıxacaq.

    Sadəcə bir neçə toxunuşla siz istədiyiniz kadrları seçə, gərəksiz hissələri silə və ən uyğun GIF-i hazırlaya bilərsiniz.
    Tətbiqin web, Android and iOS tətbiqlərini uyğun keçidlərdən yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər