Google Pixel-in ilk videosu sızdırılıb

Google Pixel-in ilk videosu sızdırılıb

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Çoxsaylı şaiyələrə inansaq 4 Oktyabr tarixində "Google” şirkəti Pixel seriyasının iki smartfonunu təqdim edəcəyi prezentasiya keçirdəcək.

Pixel seriyasının Nexus-u əvəz edəcəyi düşünülür. Həmin prezentasiyada5 inç-lik Pixel və 5.5 inç-lik Pixel XL modellərinin təqdimatı gözlənilir. Smartfonlar ekran və batareya ölçüsü baxımından fərqlənəcəklər. Lakin texniki göstəriciləri tərəfdən onlar oxşar olacaqlar. İnternetdə artıq Pixel modelinin fotoları mövcuddur. Lakin cihazın artıq videosu da sızdırılıb. Videoda cihazın3D renderi əks olunub. Videodan da görmək olar ki, daha öncə cihazın yayılmış fotoları ilə videodakı 3D render fotosu arasında heç bir fərq yoxdur. Cihazın korpusu metaldan hazırlanacaq. Onun arxa panelinin yuxarı hissəsi isə şüşədən ibarət olacaq. Həmin şüşə hissəyə isə kamera, barmaq izi skanı və bilinməyən 3 ədəd giriş yerləşdiriləcək. Güman etmək olar ki, həmin girişlərdən biri səs-küyü aradan qaldıran əlavə mikrofon, digəri isə lazerli avtofokus olacaq. Lakin 3-cü girişin nə üçün olduğu hələki sirr olaraq qalır. Pixel modelinin güman olunan texniki göstəriciləri.

5 inç Full HD AMOLED ekran


4 nüvəli Snapdragon 820 prosessoru

4 GB RAM və 32 GB daxili yaddaş

12 MP Sony IMX378 arxa kamera və 8 MP Sony IMX179 ön kamera

2770 mAh enerji tutumlu batareya.


 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×