main-post-cover

    Google Pixel-in sevilən xüsusiyyəti artıq digər Androidlərdə də istifadə oluna biləcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google Pixel-də yer alan barmaq işarəti ilə telefonu idarə etmə xüsusiyyəti artıq digər Android telefonlarında da istifadə oluna biləcək.

    Google Pixel-in ən çox bəyənilən xüsusiyyətlərindən biri telefonun arxa bölümündə yer alan səthə barmaq işarətləri ilə əvvəlcədən təyin olunmuş qısa yolları idarə etmə funksiyası olmuşdu. Bu xüsusiyyət FingerprintGestures adlanırdı və bundan sonra yalnız Google Pixel telefonlarında istifadə olunmayacaq.
    FingerprintGestures tətbiqi ilə barmağınız ekrana tək yaxud cüt klik edərək və ya yuxarı, aşağı, sola, sağa ekran üzərində hərəkət etdirilərək qısa yolları aktiv hala gətirə bilərsiniz.

    Bu qısa yollar arasında bütün tətbiqləri açmaq, səsi açıb/bağlamaq, yuxu rejiminə keçid, bildiriş panelini açmaq, musiqini açmaq, musiqi idarə etmədə irəli, geri, saxlama əmrləri, o cümlədən bölünmüş ekranı açıb/baglamaq və tənzimləmələri sürətli açma yer almaqdadır. Amma onu da qeyd edək ki, bəzi xüsusiyyətləri aktiv etmək üçün cihazınızın Root-lu olması şərtdir.
    Pulsuz təklif olunan FingerprintGestures tətbiqi üçün pullu seçimlər də yer almaqdadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər