
Google Pixel telefonlarının satışı rekor qırdı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Black Friday artıq sona çatsa da bir çoxlarını hansı telefon markasının daha çox satdığı xəbəri maraqlandırır. Beləliklə, verilən açıqlamalara görə bu dəfə ən çox satılan telefon nə "Apple", nə də "Samsung" şirkətinə aid deyil.
Keçdiyimiz aylarda bazara bomba kimi düşənGoogle Pixel bir çox alıcıların diqqətini cəlb etmişdi. Təqdim olunduğu gündən
etibarən çoxlu sayda satılan Google Pixel telefonları Black Friday günü də
rekorda imza atıb.

Localytics adlı şirkətin etdiyi araşdırmaya
görə, Black Friday və ondan sonrakı daha 4 gün boyunca Google telefonlarının
satışı keçdiyimiz aylarla müqayisədə 112% təşkil edib. Müqayisə etsək, eyni
vaxtda satılan Samsung Galaxy S7 modeli 36%, iPhone 7 isə 13% artıq satılıb. Bu
isə Google telefonlarının satışda Apple və Samsung-u geridə qoyduğunu sübut
edir.
Localytics-in verdiyi məlumata görə
Apple-ın təqdim etdiyi telefonlar arasında ən çox satılan iPhone 6s modeli
olmuşdur.
Analitiklər Google telefonlarının iPhone
satışlarından geridə qaldığını bildirsə də, cihazın qısa zamanda belə satışa
imza atması gələcəkdə ilk sırada yer almasına şərait yaradacağını göstərir.
Linki kopyala
Həftənin xəbərləri

