

Android cihazların istifadəçiləri yaxın zamanda Google Play servisində alınmış oyun, musiqi, filmləri ailə üzvləri və dostları ilə pulsuz paylaşa biləcəklər. Bunun üçün Google Play-ə "Google Play Family Library Plan” adlı funksiya əlavə ediləcək. Həmin funksiyaya 6 şəxsi əlavə etmək mümkün olacaq. Məlumata əsasən bu funksiyalı hesab yaradan şəxs müəyyən kontenti ailəvi siyahıdan çıxarda biləcək (məsələn uşaqlara uyğun olmayan musiqi və filmləri). Bu barədə Google-ın yaxın zamanda rəsmi açıqlama verəcəyi gözlənilir. Ailəvi plan funksiyasının istifadəsi üçün ayrıca heç bir ödəniş etmək lazım gəlməyəcək. Lakin alış-verişi reallaşdırmaq üçün bank kartı ortaq hesab siyahısına qoşulmalıdır. Qeyd edək ki, bu cür funksiyanı həmçinin Apple şirkəti öz App Store və iTunes servislərində istifadəçilərə təqdim edir.
Şərh yoxdur