main-post-cover

    Google Play-ə hansı yeniliklər gəlir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Android smartfon sahibləri üçün Google Play onlayn mağazasında bəzi dəyişikliklər gözlənilir. Uzun zaman idi ki, istifadəçi və developerlər oyun və tətbiqlərin reytinq üzrə qarışıq olaraq sıralanmasından şikayət edirdilər. Beləliklə lazımi məhsulu tapmaq çətinləşirdi.

    İndi isə "Google” şirkəti onları ayrıca bölmələrə ayırıb. Bəzi istifadəçilər yaxın günlərdə Google Play-ə daxil olaraq görə bilərlər ki, "Top new free apps” və "Top new paid apps” bölmələri yox olub. "Technote.az”ın "Androidcommunity.com” saytına istinadən verdiyi xəbərə əsasən onları "Top free apps”, "Top paid apps”, "Top free games” və "Top paid games” bölmələri əvəz edib. Sözügedən yenilik yaxın zaman ərzində bütün istifadəçilər üçün aktiv olacaq.
    Bundan əlavə olaraq şirkət məhsulların kommentlər hissəsində köklü dəyişikliklər edəcək. Belə ki, məlumata əsasən hər hansı bir məhsul haqqında fikri bildirmək üçün Google+ istifadəçisinin olması şərt olmayacaq. Bununla yeniliklər bitmir. Bəzi istifadəçilər fikir veriblər ki, bundan sonra məhsulun özündən başqa onun təqdim etdiyi funksiyaları belə qiymətləndirmək mümkün olacaq. Beləliklə istifadəçilər biləcəklər ki, hər hansı bir tətbiq bu və ya digər funksiyanın öhdəsindən necə gəlir. Əsas funksiyaların qiymətləndirilməsi tətbiq barəsində fikir yazılan zaman baş verir. Sözügedən yenilik hələki məşhur tətbiqlər üçün nəzərdə tutulub. Hal-hazırda sadalanan yeniliklər test rejimində olduğu üçün yalnız bəzi istifadəçilərə aktivdir. Lakin yaxın zaman ərzində bu yeniliklərdən hər kəs istifadə edə biləcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər