Google\'un mobil əməliyyat sistemi olan Android\'də milyonlarla oyunçu var. Bu insanların oyun təcrübələrini paylaçması üçün ekranı fərqli proqramlarla videoya çəkib paylaşması lazım idi. Amma son olaraq YouTubeGaming proqramı vasitəsilə oyunçular telefon və planşetlərindən canlı yayım edərək təcrübələrini paylaşa bilirdilər.

İndi isə
Google Play Games proqramına gətirdiyi yeniliklə birbaşa olaraq ekran videosu çəkə bilərsiniz. Oyna, Çək, Paylaş adıyla yayımlanan yenilənmə daha sonra Google Play Games üzərindən video çəkmə düyməsinə basaraq oyuna girib çıxanda bir video çəkmiş olursunuz, daha sonra isə istədiyiniz yerdən kəsib paylaşa bilirsiniz.



Hal-hazırda sadəcə ABŞ və Böyük Britaniyada aktiv olan bu xüsusiyyət yaxın zamanda hər kəsə açıq olacaq. Amma siz bu yenilənməyə elə indi sahib olmaq istəyirsinizsə, onda aşağıdakı linkdən APK versiyasını endirərək istifadə edə bilərsiniz. Lakin bəzi istifadəçilərdə apk olaraq endirilsə belə aktiv olmaya bilər. Buna səbəb də məhz, bu yenilənmənin bizim regionda rəsmi aktiv olmamasıdır.
 
 Google Play Games proqramını yüklə [APK]