main-post-cover

    Google Play mağazasının ən yaxşıları seçilir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Artıq Google Play mağazasında da ən yaxşı tətbiqlər və oyunlar mükafatlandırılmağa başlanılır. Google Play Awards üçün 10 fərqli kateqoriyada namizədlər bir-biri ilə rəqabət aparacaq.

    İllərdir iOS platformasında gördüyümüz ən yaxşı tətbiqlərin mükafatlandırılması ənənəsi, artıq Google Play'də də başlayır. Google I/O 2016 konfransı ilə birlikdə, hər il Android platformasının ən yaxşı tətbiq və oyunları mükafatlandırılacaq.

    Google Play Awards adını daşıyacaq olan tədbir, son 12 ayda mağazaya çıxmış, böyük bir yenilənmə almış, yenilik gətirmiş və keyfiyyət təqdim edə bilmiş tətbiqlərin yarışına səhnə olacaq. Namizədlərin dəyərləndirilməsini professional Google Play komandası edib və 10 kateqoriyada 5 namizəd seçilib.

    Namizədlər və kateqoriyalar aşağıdakı kimidir:

    Bənzərsiz təcrübə təqdim edən və yüksək endirmə sayına çatan yeni tətbiqlər - Standout Startup

    Dubsmash
    Hopper
    Musical.ly
    Robinhood
    Vrse

    Keyfiyyət, dizayn və yeniliyə üstünlük verən müstəqil oyunlar - Standout Indie

    Alphabear
    Alto’s Adventure
    Fast like a Fox
    Prune
    Neko Atsume: Kitty Collector

    Ən yaxşı aile tətbiqləri və ya oyunları

    Card Wars - Adventure Time
    LEGO
    Jurassic World™
    My Very Hungry Caterpillar
    Thinkrolls 2
    Toca Nature

    Material Design dilindən ən yaxşı istifadə edənlər

    Bring!
    Robinhood
    The Fabulous
    Todoist
    Vevo

    Google Play Game servisindən ən yaxşı istifadə edənlər

    Sea Battle 2 
    Table Tennis Touch
    Tapventures
    TowerMadness 2
    Zombie Highway 2

    Müəyyən bir teknologiyaya və ya təcrübəyə ilk dəfə yer verənlər

    Glide
    Mechanic Escape
    Minecraft: Story Mode
    World Around Me
    Zumper

    Bir neçə bölgədə ən çox yerli şəraitə və mədəniyyətə uyğunlaşan oyun və ya tətbiqlər

    Dragon Ball Z Dokkan Battle
    Freeletics Bodyweight
    Memrise
    Musixmatch
    Pokémon Shuffle Mobile

    Ən yenilikçi

    Fast like a Fox
    NYT VR
    SmartNews
    The Fabulous
    This War of Mine 

    Ən yaxşı tətbiq

    BuzzFeed News
    Colorfy
    Houzz
    TuneIn Radio
    Yummly

    Ən yaxşı oyunlar

    Alphabear
    Clash of Kings
    Clash Royale
    MARVEL Future Fight
    Star Wars™: Galaxy of Heroes

    Hər kateqoriyanın qalibi I/O konfransında elan ediləcək və sonradan Google Play'də özəl bir yer veriləcək, "Mükafat qazanmışlar" adı altında sərgilənəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər