main-post-cover

    Google Sites tamamilə yeniləndi, artıq çox daha üstün saytlar hazırlaya bilərsiniz!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yenilənən Google Sites ilə çox daha güclü web saytları hazırlamaq artıq çox daha asandır. Bəs, tamamilə yenilənən Google Sites istifadəçilərinə nələr vəd edir?

    "Google", bu ilin əvvəllərində Google Sites xidmətini tamamilə yeniləyəcəyini elan etmişdi. Şirkət, mövzuyla bağlı sözünə əməl edərək yepyeni bir Google Sites ilə qarşımıza çıxır.

    Google Sites ilə asanlıqla web saytınızı hazırlaya bilərsiniz

    2008-ci ildə həyata keçən Google Sites xidməti, tək bir sətir kod yazmadan və heçbir HTML, CSS biliyi olmadan işləyənlərin asanlıqla web saytlar hazırlamaqlarına köməkçi olur. 
    İnternet nəhəngi "Google", bir çox müştərisi ilə birlikdə çalışaraq hazırladığı və yepyeni bir təcrübə vəd etdiyi Google Sites ilə olduqca iddialıdır. Müştərilərindən aldığı geri  bildirişləri diqqətə alan şirkət, yeni və inkişaf etdirilmiş xüsusiyyətlər ilə gəlir.
    "Google", bəzi müştərilərinin web saytlarının effektivliyini ölçmə funksiyasını istədiyini bildirərkən, bunun üçün artıq Google Analytics ilə saytların performansının asanlıqla ölçülə biləcəyini vurğulayır. Əlavə olaraq, daha çox xüsusiləşdirmə seçimi və fərqli dizaynlar da unudulmayıb. Artıq istifadəçilər 6 fərqli mövzu arasından özləri üçün ən uyğun seçimi əldə edə bilirlər. Həmçini, Google Sites ağıllı telefondan böyük ölçülü monitorlara qədər bütün ekranlarda ən yaxşı şəkildə görünərkən, funksionallığı irəli planda tutur.
    Çox daha istifadəçi dostu halına gələn və yeni vasitələr təklif edən Google Sites ilə sayt hazırlamanın texniki hissəsini bilməyənlərin belə bunu asanlıqla reallaşdıra biləcəyi ifadə edilir. Hətta yenilənən xidmətin daha bir möhtəşəm xüsusiyyəti isə canlı olaraq komanda yoldaşınızla birlikdə işləyərək saytınızda lazımi dəyişiklikləri edə bilmənizdir.

    Yenilənən Google Sites ilə web saytı hazırlamanın adi bir yazı faylı hazırlamaq qədər asan olduğu vurğulanır. Saytınıza mətn, link, şəkil və daha çoxunu kopyala-yapışdır və ya sürüşdür-burax məntiqi ilə asanlıqla əlavə edə bilirsiniz. 
    Google Calendar, Google Drive, Google Maps kimi məşhur Google tətbiqləri ilə birlikdə işləmək üzrə hazırlanan xidmət ilə ən çox istifadə etdiyiniz vasitələrdən məzmun əlavə etmək də asan hala gətirilib.
    Google Sites, bütün G Suite müştəriləri üçün xidmət verməyə başlayıb.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər