Google süni zəkanı dayandıracaq

Google süni zəkanı dayandıracaq

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Google şirkətinə məxsus DeepMind laboratoriyasının tədqiqatçıları Oksford Universitetinin mütəxəssisləri ilə birlikdə bildiriblər ki, omlar süni zəkanı dayandıra biləcək sistem üzərində çalışırlar. Həmin mexanizm süni zəka tərəfindən ola biləcək təhlükənin qarşısını almaq üçün nəzərdə tutulub. Mexanizmin köməyi ilə süni zəka sistemini dayandırmaq mümkün olacaq. Əgər insan nəzarəti altında çalışan sistem ona və ətrafdakı digər insanlara zərər yetirmək istəsə onda operator avtomatik olaraq həmin sistemi dayandırmağa qadir olacaq. Buna baxmayaraq tədqiqatçılar inkar etmirlər ki, süni zəka həmin əmri müəyyən vaxtdan sonra qəbul etməməyi öyrənsin. Belə ki, o operatorun əmrini inkar etməyin yollarını tapa bilər. Məhz buna görə tədqiqatçıların əsas məqsədi elə bir mexanizmi yaratmaqdır ki, süni zəka onu inkar edə bilməsin. Sözügedən mexanizm ilk öncə robotexnika sahəsində istifadə olunacaq. "Stop” əmri həm robotu zərərsizləşdirmək həmdəki onun ətrafındakı insanları təhlükədən uzaq etmək üçün robotları dayandırmaq prinsipinə əsaslanacaq. Bundan əlavə olaraq bir çox alimlərin fikrincə süni zəkaya veriləcək azadlığın məhdudlaşdırılması lazımdır. Nəzəri olaraq təkamülün müəyyən səviyyəsində süni zəka insanları məhv etməyə yönəlmiş sistem yarada bilər. Süni zəkanın təhlükəli hallarda dayandırılması üçün nəzərdə tutulmuş yeni mexanizm ilə bunun baş verməyəcəyi güman olunur. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×