

Google-un ötən ilin May ayında rəsmi olaraq təqdim etdiyi sürücüsüz avtomobilini inkişaf etdirməyə davam edir. 2014-cü ilin may ayında rəsmi olaraq tanıdılmasından və xəbər başlıqlarında yer almasından bir il sonra yaxın günlərdə ABŞ-ın California ştatında yollarda gedərkən şəkili çəkilib:
Maşın hər nə qədər sürücüsüz olsa da, California qanunlarına görə yola çıxan hər bir maşının rolu, qaz və tormoz pedalları olmalıdır. Həmçinin yenə California qanunlarına əsasən yola çıxmış istənilən sürücüsüz maşın maksimum 40 Km/s sürətlə hərəkət edə bilər. Həmçinin ətrafdakı insanların tam təhlükəsizliyi təmin etmək üçün bu sürücüsüz modelin içinə normalda maşını sürməyən, ancaq çox gərəkli hallarda rolu və tormozu istifadə edəcək bir sürücü yerləşdirilib.
Google-un bu maşın haqqındakı 1 ay bundan əvvəl çəkilmiş videosuna aşağıdan baxa bilərsiniz.
Şərh yoxdur