main-post-cover

    Google Təqvim daha bir yenilik alıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İnternet nəhəngi Google'ın populyar servislərindən olan Google Təqvim, Android proqramına daha bir yenilik edib.

    Bu yeni xüsusiyyət "Zaman axtar" adı ilə sizin boş vaxtlarınızı müəyyən edir. Google Təqvim ilə bərabər Google Apps for Work və Education istifadəçilərini də hədəf alan bu yenilik, istifadəçilərin hər hansı bir tədbir fikirləşərkən hansı zamanı nəzərə almaqda yaranan çətinliyi aradan qaldırır. Daha çox ortaq təqvimlər istifadə edən qurumları nəzərə alan bu xüsusiyyət avtomatik olaraq hər kəsin boş zamanını tapır və beləliklə, ortaq hərəkət edə bilirsiniz. Qısa zaman ərzində hər kəs üçün aktiv olacaq bu xüsusiyyətdən istifadə etmək üçün Android marketdən Google Calendar yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər