![Google öz cihazlarını belə test edir [Video]](xeber/2015-06/1435584688_chrome-touchbot-google.jpg)

Smartfon istifadəçilərinin istifadə zamanı ən çox əziyyət çəkdikləri vəziyyət latency və lag (hər ikisini donma yaxud gecikmə kimi tərcümə etmək olar) problemləridir. Bu problemlərin aradan qaldırılması üçün Google öz cihazlarını sənaye mühitində necə müşahidə etdiyini bu yeni videosunda göstərir.
Finlandiya şirkəti OptoFidelty-nin hazırladığı və Google-un Touchbot adlandırdığı bu robot Chrome OS və Android platformalarında işləyən müxtəlif cihazları latency və lag testlərinə tabe tutur. Bu testin sonunda çıxan cavablara baxaraq Google bu problemləri aradan qaldırmağa çalışır. Videoda da göründüyü kimi cihaz ekranda müxtəlif nöqtələr və xəttlər cızaraq sistemin bu toxunuşu nə qədər gec qeydə aldığını test edir. Əgər siz də öz chazınızı oxşar bir testdən keçirmək istəyirsinizsə Crostouchlatency-dən istifadə edə bilərsiniz
DİQQƏT: iOS 10, iPad və iPhone cihazlarını çökdürür!
Qeyd edək ki, latency və lag 0 olan cihaz düzəltmək də mümkünsüzdür.
Şərh yoxdur