
Google Translate’ə rəqib gəlir: Tərcümə edən kseroks maşını [Video]
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
ABŞ-ın Xerox şirkəti, istehsal etdiyi kseroks maşını vasitəsilə kağızın üstündəki yazını tərcümə edə bilir.
ABŞ-ın texnologiya şirkəti Xerox, 44 dil dəstəkləyən tərcümə funksiyasına malik kseroks maşını istehsal edib.
Kseroks maşını, ‘Asan tərcümə servisi’ adlı funksiya vasitəsilə kağızın üstündə olan yazını, kseroks edilən vaxt 44 dilə tərcümə edə bilir.
Kseroks maşını, ilk 30 tərcüməni pulsuz edir, 30’dan sonra hər tərcümə üçün müəyyən bir məbləğ tələb edir. Daha sonrakı hər 10 səhifə üçün 10 dollar, 100 səhifə üçün isə 50 dollar tələb edir. Əgər 100 min səhifəlik tərcümə etdirsəniz qiyməti 5 min dollar olacaq. Yəni səhifələr artıqca, qiymət nisbətən azalır.
Müştərilər, peşakar tərcüməçilərin tərcümə etməsini istəyə bilərlər. Ancaq bu xidmətin də qiyməti var, həm də çox yüksək qiymətlərdir. Belə bir şey istəyən müştəridən hər söz üçün 10 sent tələb edilir.
Linki kopyala
Həftənin xəbərləri

