main-post-cover

    Google-u 12$ alan adam - Sanmay Ved

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Google-un rəsmi işçisi Sanmay Ved Google.com domenini 1 dəqiqəliyinə də olsa almağı bacarıb.

    29 sentyabr 01:20 radələrində domenin illik xidmət haqqının ödənməsi vaxtından istifadə etməyi bacaran Ved 12 dollara domeni öz adına keçirib. Az sonra əməliyyat ləğv olunaraq ödənən pul sahibinə qayıdıb.
    Düzdür, nə Google nə də Ved domenin necə boş qaldığı barədə açıqlama verməsədə, Google Sanmay Ved-ə 6,006.13 dollar pul verəcək. Məhz 6,006.13 dollar olmasının səbəbi isə rəqəmlərin Google kimi oxunmasıdır.

    Sanmay Ved pulu xeyriyyə cəmiyyətinə bağışlayacağını bildirib. Qeyd edək ki, oxşar hadisə Microsoftun da başına gəlib. 2003-cü ildə Hotmail.co.uk domeni başqası tərəfindən alınmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər