
Google-un virtual köməkçisi offline-a köçəcək
Texnologiya
07.05.2017
Farid Pardashunas
Android smartfon istifadəçilərinin bəziləri artıq həyatlarını
telefonun daxili səsli köməkçi sistemi "OK Google”-suz təsəvvür etmirlər. Lakin
telefon internetlə əlaqəsini kəsən kimi telefon bu maraqlı funksiyasından məhrum
olur. Google növbəti yenilənmələrdə bu problemi aradan qaldırmaq üzərində
düşünür. Bızi mənbələrə görə Anroid platforması üçün olan Google app-ın növbəti
yenilənməsində "OK Google”-dan offlineda istifadə etmək olacaq. Lakin servis
bir başa internetlə bağlı olan sorğuları yerinə yetirə bilməyəcəyini anlamaq
lazımdır. O "zəng”,”mesaj”,”musiqi” və "Wifi aktiv/deaktiv etmək” kimi
sorğuları cavablaya biləcək. Ola bilsinki offline sorğuların bazası daha böyük
olsun lakin bunu biz rəsmi təqdimatdan sonra bilə bilərik. Sonda isə bildirəkki
adı gedən yenilik ancaq Android platforması üçün nəzərdə tutulub
Linki kopyala
Həftənin xəbərləri

