main-post-cover

    Google-un yeni video söhbət tətbiqi Duo, hansı xüsusiyyətlərə malikdir? Üstünlükləri nələrdir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    "Google”un bu ilin May ayındakı I/O 2016 tədbirində təqdim etdiyi görüntülü söhbət tətbiqi Duo nəhayət ki play marketlərdə yerini aldı. Tamamilə video söhbətə istiqamətlənmiş bu xidmətin Android iOS tətbiqləri, müvafiq play marketlərdən paylaşılmağa başlanır.
    Google Duo-ya qeydiyyat üçün telefon nömrəsi daxil etmək lazımdır. Duo-da öz növbəsində, "WhatsApp" və bənzər tətbiqlər kimi sms ilə təsdiqlənməyə əsaslanaraq telefonunuzda aktivləşir. Tətbiq bu günə qədər görülən ən sadə görünüşlü video söhbət tətbiqi olaraq nəzərə çarpır. Hal-hazırda Duo sadəcə birə-bir söhbətləri dəstəkləyir. Qrup video konfranslar etmək mümkün deyil.
    Duo-nun ən böyük üstünlüklərindən biri zəng keyfiyyətinin daima eyni səviyyədə qalmasıdır. Hətta istifadəçi arxa planda Wi-Fi şəbəkəsindən mobil internet paketinə keçid etsə belə söhbətdən çıxmaq kimi problem yaşanmır. Tətbiqin daha bir üstünlüyü isə edilən bütün danışıqları başdan-sona (end-to-end) şifrələnməsidir.
    Digər bir funksiya isə zəng qəbul edən şəxsin, zəng edənin canlı görüntüsünü cavab verməmişdən əvvəl görə bilməsidir. Bu əslində video söhbətlərin, zəngə cavab verər-verməz başlanmasını təmin edir. Bu funksiya sadəcə telefon rəhbərində qeyd olan şəxslərlə edilən söhbətlərdə istifadə edilə bilir və istifadəçilər bu funksiyanı istədikləri zaman deaktiv edə bilərlər.

    Google Duo-nu bu gündən etibarən iOS Android mağazalarından yükləyə bilərsiniz. Google Duo-nun rəsmi saytı isə : Duo.Google.Com -dur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər