

"Google”un bu ilin May ayındakı I/O 2016 tədbirində təqdim etdiyi görüntülü söhbət tətbiqi Duo nəhayət ki play marketlərdə yerini aldı. Tamamilə video söhbətə istiqamətlənmiş bu xidmətin Android və iOS tətbiqləri, müvafiq play marketlərdən paylaşılmağa başlanır.
Google Duo-ya qeydiyyat üçün telefon nömrəsi daxil etmək lazımdır. Duo-da öz növbəsində, "WhatsApp" və bənzər tətbiqlər kimi sms ilə təsdiqlənməyə əsaslanaraq telefonunuzda aktivləşir. Tətbiq bu günə qədər görülən ən sadə görünüşlü video söhbət tətbiqi olaraq nəzərə çarpır. Hal-hazırda Duo sadəcə birə-bir söhbətləri dəstəkləyir. Qrup video konfranslar etmək mümkün deyil.
Duo-nun ən böyük üstünlüklərindən biri zəng keyfiyyətinin daima eyni səviyyədə qalmasıdır. Hətta istifadəçi arxa planda Wi-Fi şəbəkəsindən mobil internet paketinə keçid etsə belə söhbətdən çıxmaq kimi problem yaşanmır. Tətbiqin daha bir üstünlüyü isə edilən bütün danışıqları başdan-sona (end-to-end) şifrələnməsidir.
Digər bir funksiya isə zəng qəbul edən şəxsin, zəng edənin canlı görüntüsünü cavab verməmişdən əvvəl görə bilməsidir. Bu əslində video söhbətlərin, zəngə cavab verər-verməz başlanmasını təmin edir. Bu funksiya sadəcə telefon rəhbərində qeyd olan şəxslərlə edilən söhbətlərdə istifadə edilə bilir və istifadəçilər bu funksiyanı istədikləri zaman deaktiv edə bilərlər.
Google Duo-nu bu gündən etibarən iOS və Android mağazalarından yükləyə bilərsiniz. Google Duo-nun rəsmi saytı isə : Duo.Google.Com -dur.
Şərh yoxdur