main-post-cover

    Google virtual muzeyi təqdim edib

    Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Google şirkəti Arts & Culture adlı servisi təqdim edib. Bu servis istifadəçilərə dünyanın 1000-ə yaxın muzeylərindən olan rəqəmsal eksponatlarla tanış olmağa imkan verir. Tətbiqdə istifadəçi külli miqdarda şəkil, heykəltaraşlıq eksponatları, zərgərlik nümunələri və incəsənətin digər obyektlərini tapa bilər. Google təkcə Luvr kimi məşhur muzeylərdən deyil, digər az tanınmış yerlərdən də eksponatları bir araya yığıb. Bundan əlavə olaraq Google tətbiqə "ağıllı” axtarış sistemini də əlavə edib. Bu axtarış sistemi vasitəsilə istifadəçi təkcə müəyyən bir eksponatı deyil həmçinin onun haqqında məlumatları da əldə edə bilər. Bəzi incəsənət nümunələrini Google Street View köməkliyi ilə hər tərəfdən incələmək mümkündür. Google Arts & Culture tətbiqini artıq IOS və Android platformaları üçün pulsuz yükləmək olar. Bundan əlavə olaraq tətbiqin brauzer üçün olan versiyası da mövcuddur.


    Linki kopyala
    © 2015-2023 Technote MMC