
Google yeni "ağıllı" mesajlaşma proqramı yaradır!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Google, Facebook və Slack ilə rəqabət etmək üçün yeni mesajlaşma proqramı üzərində işləyir. The Wall Street Journal’ın xəbərinə görə yeni mesajlaşma proqramı bir əlaqə botuna sahibdir və bu anlamda öz süni zəkası ilə istifadəçiləri heyran qoyacaq. Belə olduqda Facebook’un Messenger üçün Siri bənzəri şəxsi assistenti M’ə bənzəyəcək proqramın Slack’in developerlərə icazə verməsilə bot inteqrasiyası edə biləcəyi də qeyd olunur. Hələlik proqram haqqında çox detal yoxdur, amma istifadəyə təqdim olunduğundu bazarda yeni aktivlik yarada bilər. Bir digər maraqlı məqam isə bu proqramın Hangout və ya Google Now’a yeniləmə olduğu, yoxsa tamamilə azad bir proqram olduğu bilinimir.
Linki kopyala
Həftənin xəbərləri

