
Google, Youtube-dan mp3 yükləmə saytını axtarışlar siyahısından çıxardı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
YouTube-un xidmətlərindən biri olan youtube-mp3.org, artıq Google axtarış sistemlərində yer almayacaq.
Xatırlayırsınızsa, bir neçə ay əvvəl məşhur
musiqi şirkətləri musiqi yükləmə saytlarını məhkəməyə verməyə hazırlaşdıqlarını
açıqlamışdıq. YouTube ilə birlikdə Spotify, Deezer və Apple Music kimi
xidmətlər də belə saytlara qarşı çıxaraq öz etirazlarını bildirmişdilər. Hətta
qeyri-leqal yükləməyə görə 150.000 dollar tələb etmişdilər. Bu mövzuda öz
mövqeyini ortaya qoyan Google məşhur sayt youtube-mp3.org-u axtarış nəticələri siyahısından
çıxarıb.
YouTube-dan musiqi yükləmələrinin təxminən
yarısını əhatə edən youtube-mp3.org, artıq Google-un axtarış nəticələrindən
qaldırılıb. Amma domen hələ də xidmət verməkdə davam edir. Böyük şirkətlərin təzminat
tələbi yerinə yetirilməsə belə, Google-un belə addım atması çox böyük irəlləryişə
səbəb ola bilər.

Amma digər tərəfdən istifadəçilər Google-da
açar sözlərdən istifadə edərək youtube-mp3.org kimi çalışan saytlarla qarşılaşa
biləcəklər.
Linki kopyala
Həftənin xəbərləri

