Google YouTube proqramı üçün geniş güncəlləmə yayımlayacaq!

Google YouTube proqramı üçün geniş güncəlləmə yayımlayacaq!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Google, YouTube Android proqramı üçün geniş yenilənmə hazırlayır. Android Police saytının əldə etdiyi APK faylı Google’un bir sonrakı YouTube proqramına əlavə edəcəyi yenilikləri üzə çıxardı. İlk olaraq kiçik interfeys dəyişimlərindən danışa bilərik. Aşağıdakı şəkillərdən də göründüyü kimi əsas işarələrin ölçüsü kiçilib. Həmçinin Google tam ekran video izləmə işarəsini də yeniləyib. 

1446446134_nexus2cee2015-10-31-23.53.41thumb.png


1446446215_apresize.png

Digər yenilik isə videoları irəli çəkmək özəlliyi olacaq. İstifadəçilər v10.43 versiyasına yüksələcək YouTube proqramı ilə videoları sürətlə irəli çəkə biləcək. İrəli-geri çəkmə özəlliyi istifadəçilərin uzun zamandır YouTube proqramında görmək istədiyi yenilik idi. Bu videoda isə həmin özəlliyin necə işləməsi izah olunub. 

Yeniliklər təbii ki, bunlarla bitmir. Google YouTube\'un yeni versiyasında "oynatma siyahısı" və "daha sonra oynat" bölmələrinin də üzərində işləyir. Bu bölmələrdə artıq qırmızı və ağ rənglərin hakim olduğunu görürük. Bütün bunlarla yanaşı Google yeni versiyada kiçik xətaların da həll olunmasına nail olacaq. Aşağıda verdiyimiz linklərdən isə YouTube’un v10.43 nömrəli versiyasını APK formatda yükləyə bilərsiniz.

https://www.apkmirror.com/apk/google-inc/youtube/youtube-10-43-58-android-4-0-3-5-1-android-apk-download/

https://www.apkmirror.com/apk/google-inc/youtube/youtube-10-43-58-android-6-0-android-apk-download/

https://www.apkmirror.com/apk/google-inc/youtube/youtube-10-43-58-arm64-android-6-0-android-apk-download/

 

1446446984_1.jpg

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×