İnternet nəhəngi Google, keçən həftə Nexus
markalı ağıllı saatı ilə gündəmə gəlmişdi.
Digər firmalar ilə saziş bağlayaraq, Nexus
markalı ağıllı telefonlar ilə uzun müddətdir ki, bazarda yer alan şirkət, Android
Police\'in xüsusi xəbərinə görə "Angelfish" və "Swordfish"
kod adlı iki yeni ağıllı saatı üzərində işləyir. Bu saatların sızdırılan
görüntüsü isə aşağıdadır:
100% doğru olduğu deyilməsə də, dairəvi gövdəyə
sahib olan saatlar, Android Wear əməliyyat sistemi ilə işləyir. Bundan başqa
ortaq olaraq rəqəmsal assistant "Google Assistant" da inteqrasiya
olunacaq. Saat interfeysində bir çox məlumatı göstərəcək. Üst seqment Angelfish
versiyası LTE texnologiyasına sahib olacaq və hər növ sensor texnologiyasını
özündə birləşdirəcək. Alt səviyyədə yer alan Swordfish isə nəbz ölçən, GPS və
LTE texnologiyaları olmadan satışa çıxarılacaq. Buna görə satin digərinə nisbətən
ucuz olması gözlənilir. Amma saat digəri kimi bir çox ehtiyacı qarşılayacaq.
Saatın istehsal tarixi hələki dəqiq bilinmir. Amma saatlar haqqında detallı məlumatların
qısa zamanda elan olunması gözlənilir.
Şərh yoxdur