main-post-cover

    Google öz smartfonunu istehsal edəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Verilən məlumata əsasən Google bu ilin sonuna imi Android əməliyyat sistemi ilə çalışan öz flaqman smartfonunu satışa çıxardacaq. Məlumatda qeyd olunub ki, şirkətin öz ilk smartfonunu satışa çıxartmasında əsas səbəb Apple ilə bazardakı rəqabətdə şirkətin mövqelərini gücləndirmə istəyidir. Hal-hazırda qıraq istehsalçılar Google ilə sıx əməkdaşlıq edərək Nexus smartfonlarını istehsal edirlər. Görünür Google daha da irəli gedərək mobil cihazların istehsalı və onlar üçün yaradılan sistem əməliyyatları bazarında nəzarəti tam olaraq öz əlinə almaq istəyir. Şirkət öz smartfonlarının satışa çıxarılması üzrə artıq bir çox mobil operatorlar ilə danışıqlara başlayıb. Bununla yanaşı Google Nexus-u istehsal edən qıraq istehsalçılar ilə əlaqəni kəsməyi planlaşdırmır. Yeni smartfonun qiyməti və texniki göstəriciləri haqqında hələki heç bir məlumat yoxdur. Lakin əgər söhbət iPhone ilə rəqabətdən gedirsə onda çox güman ki, yeni smartfon flaqman modeli olacaq.
    Linki kopyala