main-post-cover

    Google özünü həkim məsləhətçisi kimi sınayacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Google axtarış sisteminə pulsuz tibbi məsləhət üçün müraciət edən istifadəçilər çox zaman külli miqdarda axtarış nəticələrinin hesabına özlərində olmayan xəstəlikləri aşkar edərək özünümüalicə üsulu ilə əziyyət çəkirlər. Məsələn simptomlar üzrə axtarış edən zaman allergik reaksiyanı qida zəhərlənməsi və yaxud tam əksi ilə səhv salma ehtimalı böyükdür. Özünümüalicə etmək istəyənlərə Google köməklik edəcək. Yaxın bir neçə gün ərzində şirkət öz axtarış sisteminə yeni funksiya əlavə edəcək. Bu funksiyanın köməkliyi ilə xəstəliyin tam dəqiq olmasa da ona yaxın diaqnozu aşkar etməyə yardımçı olacaq. Məsələn axtarışda "baş ağrısı” yazan zaman onun ola biləcək səbəbləri (miqren, sinusit, soyuqdəymə) axtarış nəticələri kimi istifadəçiyə təqdim olunacaq. Bundan əlavə olaraq sistem xəstəliyin müalicə üsullarını və həkimə müraciət etmək məsləhətini istifadəçiyə təqdim edəcək. Yeni funksiya "Knowledge Graph” (Məlumatlar Şəbəkəsi) servisi üzərində qurulub. Bu servis etibarlı mənbələrdən alınmış məlumatları həkimlər tərəfindən təqdim olunmuş məlumatlar ilə qarşılaşdırır. Bundan əlavə olaraq Google-a Harward tibb məktəbi və böyük fərdi tibbi mərkəzlərdən biri olan Mayo klinikası köməklik göstərir. Simptomlar üzrə axtarış funksiyası Google axtarış sisteminin IOS və Android versiyaları üçün aktiv olacaq. Sözügedən sistem ilk öncə ABŞ üçün aktiv ediləcək. Lakin gələcəkdə Google xəstəliklərin və funksiyanın aktiv olacaq ölkələrin sayını artırmağı planlaşdırır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər