Google\'un vergidən yayınması iddialarına yeni biri əlavə olundu. Keçən günlərdə İngiltərədə 185 milyon dollar vergi cəzası ödəmək məcburiyyətində qalan Google\'a bir şok da İtaliyadan gəldi. Ölkənin öndə gələn qəzetlərindən biri olan La Repubblica tərəfindən yayılan məlumata görə Google İtaliyada 300 milyon euro vergi cəzası alacaq.
Milan məhkəməsinin açıqlamasına görə Google 2008-2013-cü illər arasında ödəməli olduğu 300 milyon dollarlıq vergidən yayınıb. İtalyan vergi şirkəti Agenzie delle Entrate Google ilə həyata keçirdiyi görüşlərinin sonuna gəlmək üzərədir. Ancaq ikili arasında hələdə razılıq əldə olunmayıb.
Bundan əlavə Apple da İtaliyada buna bənzər bir hadisə yaşadı. Apple şirkətinin 2008-2013-cü illər arasında İtaliyaya ödəmədiyi 879 milyon euro razılıq əsasında 318 milyon euro\'ya düşürülmüşdü. İngiltərə və İtaliyadan sonra Google\'a vergi cəzası Fransadan da gələ bilər. Fransa Google\'dan 500 milyon euro vergi istəyir.
Şərh yoxdur