main-post-cover

    Google\'dan ağıllı proqram: Google Allo

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google I/O 2016 tədbirində yeni mesajlaşma proqramı olan Allo'nu təqdim etdi.


    Google'ın axşam saatlarında başlayan I/O 2016 developerlər konfransından xəbərlər gəldi. Google Allo adlı proqramını da məhz bu tədbirdə təqdim etdi.
    Hangouts'un əvəzliyicisi olmayacaq Allo, tamamilə ayrı və yeni proqram olaraq qarşımıza çıxır. Bir "ağıllı" mesajlaşma proqramı olaraq tanıdılan Allo,"Assistant" adlı süni zəka ilə birlikdə gəlir və davamlı olaraq yeni şeylər öyrənir.
    Google'dan ağıllı proqram: Google Allo

    Facebook'un Messenger proqramına yeni inteqrasiya etdiyi süni zəkaya bənzər sistemdə olan Allo, sadə interfeysi ilə birlikdə digər mesajlaşma proqramlarında olan hər şeyi özündə birləşdirib. (Sticker, smiley və s.) Allo'nun digər proqramlardan fərqi isə öyrənə bilən "Assistant" adlı süni zəkası və ya başqa adla virtual assistant olmasıdır. Bu assistant sizinlə mesajlaşa bilir, suallarınıza cavab verir və sizə istədiyiniz yerdən rezervasiya edir. Bu proqrama Google hesabınız və ya telefon nömrənizlə giriş edə bilirsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər