main-post-cover

    Google’dan Hands Free (Əllər sərbəst) adlı ödəniş sistemi gəlir [Video]

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Texnologiyanın inkişafı, öyrəşdiyimiz ödəniş sistemlərinin də sürətlə dəyişməsinə səbəb olur. Google şirkəti NFC adı verilən kontaktsız ödəniş sistemlərindən sonra, özünün Hands Free (Əllər sərbəst) adlı ödəniş sistemi ilə kontaktsız ödənişi daha da təkminləşdirir.

    Google’ın Android Pay, Apple’ın Apple Pay və Samsung’un Samsung Pay kimi NFC  dəstəkli ödəniş sistemləri bütün dünyada geniş istifadə olunmasa da, xüsusilə  Amerikada olduqca geniş istifadə olunur. "Hands Free" adı verilen "Əllər sərbəst" ödəniş sistemi isə mobil telefonunuzu hər hansı bir yerə toxundurmadan ödəniş etməyə imkan verir.

    Android 4.2 Jelly Bean əməliyyat sistemi ya da iPhone 4S'dən üstün hər hansı cihaza yükləmək mümkün olan tətbiq vasitəsilə işləyən Hands Free , quraşdırılma vaxtı kredit və ya bank kartı əlavə etdiyiniz zaman sizə maxsus olan virtual hesab açır. Ödəniş etdiyiniz zaman cihazınızın WiFi və ya Bluetooth'u açıqdırsa kassir hesabınıza əlavə etdiyiniz şəkli görür və ödənişi həyata keçirir. Hal-hazırda San Franciscoda yerləşən McDonalds ve Papa John mağazalarında test edilən "Əllər sərbəst" tətbiqinin qısa müddət ərzində dünyaya yayılması gözlənilir.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər