main-post-cover

    "Google"ın əməkdaşı, şirkəti məhkəməyə verdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google” şirkətinin əməkdaşı şirkəti məhkəməyə verib.

    Belə ki, o, şirkətin öz işçilərini izləməsini düzgün hesab etmir. İttiham qaldıran şəxsin fikrincə şirkətin konfidensiallıq siyasəti, Kaliforniyanın əmək qanunvericiliyinə uymur. Ərizədə qeyd olunub ki, şirkət, casus tətbiqinə sahibdir. Məlumata əsasən həmin tətbiq, vacib məlumatların mətbuata və dövlət orqanlarına ötürülməsinin qarşısını alır. Əməkdaşın sözlərinə əsasən işçilərə, qeyri-leqal fəaliyyəti müzakirə etmək və onları şirkət vəkillərinə söyləmək qadağandır. Həmçinin daxili qaydalara əsasən şirkətə, şübhəli şəxslər barədə məlumat verən əməkdaşlar mükafatlandırılır. Bundan əlavə olaraq əgər əməkdaşlardan kimsə Silikon Vadisindəki həyat tərzi haqqında kitab yazmaq istəsə onda bütün yazıları ilk öncə şirkətdə fəaliyyət göstərən xüsusi şöbə işçilərinə təqdim etməlidir. Əgər sözügedən məhkəmə prosesində "Google” uduzsa onda onu 3.8 milyard dollar cərimə gözləyir. Qeyd edək ki, bu ilin Sentyabr ayında ABŞ xüsusi xidmətlərinin keçmiş əməkdaşı Edward Snowden, şirkətin yeni messenceri olan Google Allo-dan istifadəni məsləhət görməmişdi. Onun sözlərinə görə bu messencer istifadəçinin bütün ismarıclarını yazır və onun haqqında məlumatları xüsusi dövlət orqanlarna ötürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər