
Google\'ın 1 aprel zarafatına görə işdən qovuldu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Google'ın 1 aprel zarafatlarından biri olan GMail'ə əlavə etdiyi "Mic Drop" funksiyası bir nəfərin işdən qovulmağına səbəb olub.
Bu linkdəki xəbərimizdə bəhs etdiyimiz bir çox məşhur texnologiya şirkətinin hazırladığı 1 aprel zarafatlarından biri olan Google'ın "Mic Drop" funksiyası, GMail'ə əlavə olunan yenilik idi. Əgər yazdığınız maili Göndər butonu ilə yollamaq əvəzinə Mic Drop'u seçsəniz 1 aprel münasibətilə maillərə cavab vermək olmurdu.

Google'ın bu 1 aprel zarafatı çox narazılığa səbəb oldu və hətta bir nəfərin işdən qovulmağına səbəb olduğu üçün şirkət GMail'dən bu funksiyanı dərhal geri çəkib. Google forumlarında və Google kömək servisinə gələn minlərlə şikayətdən biri olan istifadəçilərdən birinin dediyinə görə yazıçı olan adam, yazıb çatdırması lazım olan yazıları müdirinə Mic Drop ilə göndərərək əlaqə yarada bilməyib və müdir zarafat kimi qəbul etdiyi üçün işdən qovulduğunu bildirib.

Google isə bu hadisəyə görə belə açıqlama verib: "Belə görünür ki, bu il zarafatı özümüzə etdik. Bir virusa görə MicDrop funksiyası gülüşə yox baş ağrısına səbəb olub. Çox məyusuq."
Linki kopyala
Həftənin xəbərləri

