main-post-cover

    Google\'ın çox maraqlı 1 aprel zarafatı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    1 aprel zarafatları illərdir həyatımızdadır. Daha əvvəl etdiyi 1 aprel zarafatları ilə gündəmi məşğul edən Google, bu dəfəki 1 aprel zarafatını bir az tez edib.
     
    İllərdir zarafat günü kimi qeyd olunan 1 aprel, dünya üzrə edilən zarafatlarla yadda qalır. Son bir neçə ildir ki, internet aləminin nəhəngləri də 1 aprel zarafatları ilə istifadəçiləri əyləndirir. Xüsusilə Google , ən uğurlu zarafat edən şirkətlərdən biridir. Keçən il etdiyi "Yavaş İnterneti Dəstəkləyin!" zarafatı ilə istifadəçiləri qorxudan Google, bu il zarafatı bir az tez edib. Təxmini 1 həftə daha tez etdiyi zarafat ilə istifadəçilərin inanma faizini artırmaq istəyən Google, çox maraqlı zarafat edib.
     
    Kosmonavt Alex Scott tərəfindan yazılan bu mesaj texnologiya gündəminə bomba kimi düşüb. Mesajın mətnindən çox mesajın tarixi və mesajın göndərildiyi cihaz diqqət çəkir. 1 aprel 2029-cu il tarixində paylaşılan bu mesaj nexus16 kod adlı Nexus Space cihazı ilə göndərilib. Cihazın xüsusiyyətlərinə baxdıqda isə 128-Bit dəstəyinə sahib prosessor və 13 GB RAM ilə qarşılaşırıq. Əlavə olaraq Google , Nexus Space üçün 3000x2000 dəqiqliyində 500 dpi bir ekran istifadə edib.
     
    Google'ın çox maraqlı 1 aprel zarafatı

     
    Çox yüksək bir texnologiya kimi görünən cihazın əməliyyat sisteminin 2015-ci ildə təqdim edilən Android 6.0 Marshmallow olmağı isə çox maraqlıdır.
    Linki kopyala