Reklam
Google 'nin qadağan etdiyi beyin yandıran bu 16 müsahibə sualını həll edə bilərsiniz mi?

Google 'nin qadağan etdiyi beyin yandıran bu 16 müsahibə sualını həll edə bilərsiniz mi?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bilən bilir; Google\'nin‚ iş görüşmələrində ən əcaib sualları soruşmaq mövzusunda hər zaman bir şöhrəti olmuşdur. Məlumdur ki, işə qəbul zamanı doğru işçini minlərlə müraciət arasından seçə bilmək üçün klassik suallar bəs eləmir‚ bir az da adamın necə düşündüyünü, zehninin necə çalışdığını, vəziyyətlərə necə reaksiya verdiyini anlamaq lazım olur.

Burada sadalanan sualların bir çoxunun doğru cavabı yoxdur. Həmin vaxt‚ yalnız yuxarıdakı məqsədə xidmət etsin deyə soruşulub. Ancaq Google həqiqətən də bu sualların çətinlik və axmaqlıq dərəcəsini bir nöqtədə qəbul etmək məcburiyyətində qalıb və bu sadalanan sualları qadağan edib. Bəli, qadağan edib.

Baxaq görək sizin şərhləriniz və cavablarınız nə olacaq? Yaxşı müsahibələr və uğurlar diləyirik.

1. Seattle\'dəki bütün pəncərələri yumaq lazım olsaydı, qarşılığında nə qədər ödəniş tələb edərdiniz ?
 



2. Lyük qapaqları niyə yumrudur?
 



3. Dostun Bob\'da‚ telefon nömrən doğru qeyd olunub mu ?; Yoxlamaq istəyirsən amma birbaşa dostundan soruşa bilməzsən.
 



Bunun əvəzində, bu sualı bir kağıza yazaraq, qeydi Bob\'a çatdırıb sonrasında cavabını sənə gətirəcək olan Eve\'ə verməyin lazımdır. Kağıza elə bir şey yazmalısan ki, Bob telefon nömrəni sənin oxuya biləcəyin amma Eve\'nin anlaya bilməyəcəyi formada şifrələsin.

4. Dünyada neçə dənə pianina akkordçusu yaşayır ?
 




5. Bir qəsəbədə yaşayan 100 evli cütün kişilərinin hamısı, yoldaşlarına xəyanət edir.
 



Qadınların heç biri, ərlərinin onlara xəyanət edib etmədiyini, nə vaxt xəyanət etdiklərini bilmirlər. Qəsəbədə zina etmənin qadağan olduğuna dair çox qatı bir qayda var. Əgər bir qadın, ərinin ona xəyanət etdiyini isbat edə bilərsə, nəticə ərinin ölümü olacaq və bu qanundan qaçmaq mümkün deyil.

Günlərdən bir gün, kraliça qəsəbəyə gəlir və "Bu qəsəbədəki kişilərin ən az 1 dənəsi zina etmişdir" deyir. Bundan sonra nə olur?

6. Bir adam avtomobilini bir otelin qabağına park edir və birdən bütün sərvətindən olur. Nə olmuş ola bilər?
 



7.  Saatın əqrəbləri gündə neçə dəfə üst-üstə düşür ?
 



8. ABŞ\'da evlərdəki elektrik süpürgələr ildə ümumi neçə dəfə işə salınır ?
 



9. San Francisco üçün bir fövqəladə vəziyyət təxliyə planı hazırla.
 



10. Hər hansı bir telefon nömrəsi yığdıqda, sıra ilə bu düymələrə qarşılıq gələn hərflərdən neçə müxtəlif  mənalı söz düzəltmək olar ?
 



11. Dəmir pul ölçüsünə kimi kiçildin və ağırlığın da mütənasib olaraq azaldı.
 




Sonra səni boş bir blender\'a atdılar. 60 saniyə sonra bıçaqlar işə başlayacaq. Nə edərsən ?

12. Bir məktəb avtobusuna neçə dənə qolf topu sığar?
 




13. Əlində 2 ədəd yumurta var və 100 mərtəbəli bir binaya girəcəksən.
 



Yumurtalar bir az bərkdir. Sən bunları hər mərtəbədə pəncərədən atmağa başlayacaqsan. Bilmək olmaz birinci mərtəbədən atanda da qırıla bilər‚ yüzüncü mərtəbədən atanda isə qırılmaya bilər.

Əlindəki yumurtaların qırılmadan atılabiləcəyi ən yüksək mərtəbə hansıdır ? Təcrübə müddətində yalnız 2 yumurta qırmaq haqqın var.

14. A nöqtəsindən B nöqtəsinə getmək lazımdır. Necə gedəcəyini və ya gedə bilməyəcəyini bilmirsən. Nə edərsən?
 



15. "Məlumat bazası" nədir? Bunu 8 yaşındakı bir uşağa izah elə.
 



16. Dostunla bir ziyafətdəsən (Party). Ziyafətdə sən və dostun daxil olmaqla 10 adam var.
 



Dostun səninlə mərcə girir: Buradakı insanlardan neçəsinin ad günü sənin ad gününlə eynidir ? Sən eyni olduğunu müəyyən etdiyin hər kəs üçün 1 dollar alacaqsan; dostun isə eyni olmadığını müəyyən etdiyi hər adam üçün 2 dollar alacaq. Bu mərcə razı olarsan ?


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×