main-post-cover

    Gecə gördüyümüz yuxuları səhər duranda niyə yaddan çıxarırıq?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Səhər yuxudan duranda "O qədər yuxu gördüm, durdum heç biri yadımda qalmadı" deyənlər buyurun, bu hadisənin elmi izahı ilə tanış olun.


    Hamımızın bəlkə də ortaq problemidir, gecə gördüyümüz yuxuları səhər duranda yaddan çıxarmaq. Əlbətdə bunun bəzi səbəbləri var, bu səbəblər haqqında danışaq.

    Əgər bir yuxu yuxudan oyandığımız an bitərsə, bu yuxunu xatırlama ehtimalımız yuxudan oyanmayana qədər yəni yatılı müddətdə gördüyümüz yuxulardan daha çoxdur. Daha başa düşülən şəkildə desək yuxunun bitməsi ilə yuxudan oyanırsınızsa bu yuxunu xatırlama ehtimalınız böyükdür. Çünki, beyinin uzun müddətli yaddaşların formalaşdırılması üçün oyaq olması lazımdır. Yuxuda olduğumuz an isə bu vəziyyətin tərsidir. Yəni, bir yuxunu xatırlama ehtimalımız yuxunu gördüyümüz anla yuxudan oyandığımız an arasındakı vaxtdan asılıdır.

    2011-ci ildə aparılan araşdırmaya əsasən REM yuxusundan (yuxunun yuxu görülən hissəsi) oyandıqdan sonra prefrontal kortekslərində daha çox teta beyin-dalğası aktivliyinə sahib insanların yuxularını xatırlamaqda çox daha yaxşı olduğu ortaya çıxıb.


     
    Yuxuların xatırlanma ehtimalı, yuxuda yaşanan duyğulu anlar və məntiqi tutarlıqlarla arıtr. Araşdırmalar göstərir ki, real həyatda olma ehtimal az olan vəziyyətlərlə bağlı görülən yuxuların sonradan xatırlanma ehtimalları aşağıdır. Ən çox xatırlanan yuxu növlərindən biri isə kabuslardır. Bu tipli yuxular beyinin və bədənin passiv vəziyyətdə qurudulmasına səbəb olur və sizi dərhal yuxudan ayıldır. Beləliklə, yuxarıda qeyd etdiyimiz hal yaşanır. Siz dərhal yuxudan ayılırsız və beyininiz aktivləşir. 


    İstəyirsinizsə daha fərqli bir mövzu barəsində danışaq. "Görüdüyüm yuxuları necə xatırlaya bilərəm?"

    Yuxudan oyandıqdan sonra yuxunun unutmamaq üçün hər hansı diqqət çəkən bir detala baxmağınız lazımdır. (otağınızda olan birini görmək, ya da tez telefona baxmaq) Bu səbəbdən yatmamışdan əvvəl "yuxudan duranda yuxumu xatırlamaq istəyirəm" düşüncəsini yaddaşınıza yerləşdirməyiniz, psixoloji tərəfdən sizə kömək ola bilər. Yəni yuxudan oyananda yeganə məqsədiniziz yuxunuzu xatırlamaq olsun və mütləq başınızın yanında qələm, dəftər saxlayın. Çünki, yuxunuz ilə bağlı hər hansı detalı və məzmunu qeyd etmək sonra həmin yuxunu yenidən yada salmaq üçün ən yaxşı vasitədir.
    Linki kopyala