Görmə əngəlli şəxs, skateboard ilə etdiyi fəndlər vasitəsilə YouTube ulduzuna çevrildi

08.05.2017 0 PAYLAŞIM 5519 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

İnternetdə çox maraqlı videoya diqqət yetirilib.

Belə ki, həmin videoda Dan Mancia adlı görmə əngəlli şəxs, skateboard vasitəsilə maraqlı fəndlər edir. Dan, maneələrin üzərindən tullanmaq üçün əl ağacı və səs siqnalı verən xüsusi ötürücüdən istifadə edir. Dan, ötürücünü skateboard sürənlər üçün nəzərdə tutulmuş maneəyə yerləşdirir. O bunu onun üçün edir ki, skateboard vasitəsilə maneəyə yaxınlaşan zaman onun harada olduğunu təxmin edə bilsin. Dan Mancia hələ uşaqlıqdan skateboard ilə maraqlanırdı. Lakin 13 yaşında olanda, nadir xəstəlik səbəbilə öz görmə qabiliyyətini itirməyə başlamışdı. Hal-hazırda o yalnız sağ gözündə cüzi çevrə görmə qabiliyyətinə sahibdir. Lakin bu onu, sevdiyi məşğuliyyətdən ayırmır. Dan Mancia-nın skateboard vasitəsilə etdiyi bir neçə fəndin əks olunduğu video artıq 120.000-dən bir qədər çox baxış sayı yığıb.