main-post-cover

    Görmə qabiliyyətini itirmiş oyunçu, Street Fighter V oyununda əsl master klass göstərdi (VİDEO)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Bir çoxları düşünür ki, görmə qabiliyyətini itirdikdən sonra kompüter oyunlarından həzz almaq qeyri-mümkündür.

    Belə ki, ekranda əks oluann oyun prosesini görmədən oyunu idarə etmək ilk baxışdan mümkünsüzdür. Lakin bəzi oyunçular uzun müddət məşq edəndən sonra elə nailiyyətlər əldə edirlər ki, həmin nailiyyətlər normal görmə qabiliyyətinə sahib oyunçular üçün belə əlçatmaz olur. Bir neçə gün bundan öncə Sven ləqəbli hollandiyalı oyunçu öz bacarığını Street Fighter V oyunu üzrə keçirilmiş yarışda sərgiləyib. Yalnız qulaqlıqlar vasitəsilə oyun mühitində idarəetməni reallaşdıran hollandiyalı oyunçu, 3 döyüşdən ibarət yarışda qalib gəlib. Özünə Ken adlı personajı seçmiş hollandiyalı oyunçu, Akuma personajını seçmiş görmə əngəli olmayan oyunçuya qalib gəlib. Sven öz rəqibinə daha yaxın məsafədə olmağa çalışıb. Belə hallarda zərbə endirmək daha çox düzgün anların hesabına mümkün olur və bu zaman ekrana baxmaq belə lazım gəlmir. "Street Fighter V çox yaxşı səs keyfiyyətinə sahibdir. Qulaqlıqlar vasitəsilə oynayanda mən rəqibin hansı tərəfdə olduğunu rahat şəkildə müəyyən edə bilirəm. Personajlar öz zərbələrini yerinə yetirdikdə həmin zərbələrin səsləri müxtəlif olur. Çoxlu məşqlərdən sonra sizlər bu səsləri yadınızda saxlaya bilərsiniz” – deyə Sven bildirib. Sven-in verdiyi məlumata əsasən o, 5 yaşında olan zaman görmə qabiliyyətini taamilə itirib. Lakin Street Fighter 2 oyunu satışa çıxandan sonra o kəşf edib ki, təkcə səslərə əsasən oyun mühitində hərəkət edən zaman oyunu rahatlıqla oynamaq olar.
     
    Linki kopyala