
Göy üzündə asteroiddən asılı vəziyyətdə qalacaq rekord hündürlükdə göydələn tikiləcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Amerikanın Clouds Architecture Office şirkətinin memarları, gələcəyin çox maraqlı layihəsini təqdim ediblər.

Belə ki, yeni layihədə Yer kürəsinin səthinə toxunmayacaq, dünyanın ən böyük göydələnini tikmək təklif olunub. Fantastik tikili, Analemma
Tower adını alıb və onun 50.000 km yüksəklikdə asılı vəziyyətdə qalacağı güman
olunur. Sözügedən tikilini mühəndislər, geostasionar orbitdə asteroidə bərkidilməsini
təklif ediblər. Bu zaman göydələn, asteroiddən, bərk trosların hesabına asılı
vəziyyətdə qalacaq. İdeyaya əsasən sözügedən göydələn bir növ gələcəkdə göy
üzündə olacaq şəhərlərin təməl layihəsi rolunu daşıyacaq. Reallaşdırılması
lazım olan əsas işlər siyahısında lazımi asteroidi tapıb, onu Yer kürəsinin
orbitinə çatdırmaq və göydələni kilometrlərlə uzadacaq texnologiyanı yaratmaq
durur. Şirkət təmsilçilərinin məlumatlarına əsasən sözügedən göydələnin tikilməsində
Birləşmiş Ərəb Əmirliklərinin inşaatçıları məşğul olacaqlar. Belə ki, onları işə
cəlb etmək daha ucuz qiymətə başa gəlir. Bu cür tikilini enerji ilə təmin etməyə
gəldikdə isə, burda günəş batareyalarından istifadə olunacaq. Su təminatı,
buludlar vasitəsilə reallaşdırılacaq.

Linki kopyala
Həftənin xəbərləri

