Gözdən əlil insanlar üçün inqilabi yenilik gəlir

Gözdən əlil insanlar üçün inqilabi yenilik gəlir

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Görmə qabilliyyətini itirmiş insanlar üçün hazırlanmış az saylı cihazlardan biri olan bu cihaz, bu sahədə inqilabi yenilik kimi qəbul oluna bilər. "The Dot" adlanan bu ağıllı saat həm ucuz həm də rahatdır. 

 


Dünyada təxminən 285 milyon nəfərdən artıq gözdən əlil insan yaşayır bu insanlardan bir çoxunu çox gözəl xəbər gözləyir. Cənubi koreyanın "Dot" firması dünyada ilk dəfə olaraq Braille əlifbalı saatını hazırlayıb. Ən əsası isə bu saatın xüsusiyyətləri 21ci əsr texnlogiyalarından gözlədiyimiz kimidir. 

 

The Dot 4 aktiv Braille modulundan istifadə edərək mesajları sərgiləyir və istifadəçilər simvolların dəyişmə sürətini özləri tənzimləyə bilirlər. The Dot, Bluetooth vasitəsilə ağıllı telefonlara qoşula bilir və hər hansısa bir tətbiqetmədən və ya servisdən gələn mesajları qəbul edə bilir. 

 

İstifadəçilər kənardakı düymələr vasitəsilə sadə mesajlar da göndərə bilərlər. Eyni zamanda bu ağıllı saatın açıq API dəstəyi də var. Yəni, xüsusi olaraq bu saat üçün tətbiqetmələr hazırlamaq və mövcud tətbiqetmələri saata uyğunlaşdıraq mümkündür. 

 

Bir müddətdir ki gözdən əlil insanlar üçün müxtəlif rəqəmsal xidmətlər mövcuddur, ancaq, bunların əksəriyyəti səslərdən istifadə edir. Bu da öz növbəsində müəyyən problemlərə səbəb ola bilir. Çünki, istifadəçi ya qulaqlıq taxmağa, ya digər səslərdən uzaqlaşmağa, ya da ətrafdakı bütün insanların eşidəcəyi bir səslə danışmağa məcbur olur Bundan başqa, Braille əlifbasından istifadə edən digər cihazlar həm çox bahadır həm də bir o qədər rahat deyil. Görmə qabiliyyətini itirən insanlardan sadəcə 5 faizi bu cihazlardan istifadə edə bilir.  



The Dot 3 ildir hazırlıq mərhələsində idi. Yaxın zamanlarda isə özünün 140 min dəstəkçisinə saatları çatdırmağa başlayacaqlar. (Bundan başqa Stevie Wonderin də öz müştərilərindən biri olduğunu iddia edirlər.) Şirkət Mart ayından başlayaraq 2017ci ildə təxminən 100 min, növbəti il isə qalan 40 mini insanlara çatdırağı planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×