main-post-cover

    Gözlənilən baş tutdu. The Last of Us: Part 2 rəsmi olaraq anons olundu

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Sony Interactive Entertainment” şirkəti PlayStation Experience 2016 tədbirini sözün əsl mənasında hamını sevindirərək yekunlaşdırdı.

    Belə ki, şirkət tədbirin sonunda hamının çoxdan gözlədiyi The Last of Us: Part 2 oyununu anons etdi. Təqdim olunmuş təsirli trailerdə artıq böyümüş Ellie və ona bu müddət ərzində ata kimi çox yaxın Joel əks olunublar. Oyun, istehsalın hələ ilkin mərhələsindədir. Buna görədə onun hətta təqribi çıxış tarixi belə bilinmir. Naughty Dog studiyası oyun haqqında məlumatları yaxın aylarda paylaşacağını söz verib. "Ellie və Joel-in qayıtma xəbərini verdiyimiz üçün nə dərəcədə sevincli olduğumuzu təsəvvür belə edə bilməzsiniz. Bu dəfə sizi daha həyəcanlı, ürəksızladıcı və emosional macəra gözləyir. Sizlər qədər biz də The Last of Us dünyasını və onun personajlarını sevirik. Və baxmayaraq ki, oyunun davamının olacağı sizin üçün açıq-aşkar görünsə də inanınki əslində bu o qədər də asan deyildi” – deyə Naughty Dog studiyasının kreativ direktoru Neil Druckmann bildirib.
    Linki kopyala