Paris Games Week 2015 tədbiri çərçivəsində Sony şirkəti tərəfindən keçirilmiş press-konfrans zamanı həmçinin Gran Turismo oyun seriyasının yeni hissəsi də anons olunub. Polyphony Digital studiyasının direktoru və Gran Turismo oyun seriyasının yaradıcısı Kazunori Yamauchi özü şəxsən səhnəyə çıxaraq yeni oyunu təqdim edib. Gran Turismo Sport adlanan yeni oyun eksklüziv olaraq PS4 üçün hazırlanır. Bundan əlavə Kazunori Yamauchi bildirib ki, studiya PlayStation VR texnologiyası ilə də çalışır. Onun sözlərinə görə yeni oyun gələcəkdə bu texnologiyadan istifadə edə bilər. Gran Turismo Sport oyununun beta-testi gələn ilin yaz fəslinə planlaşdırılır.
Şərh yoxdur