Görünür Onimusha seriyası geri qayıdır

Görünür Onimusha seriyası geri qayıdır

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Görünür Capcom şirkəti fanatların xahişlərini qəbul edərək bir vaxtlar onların sevdikləri samuraylar haqqında action oyunu olmuş Onimusha seriyasını dirildir. Belə ki, NeoGAF saytının "Miku" adlı istifadiçisinə məlum olub ki, şirkət "鬼武者" adlı ticarət nişanını qeydiyyatdan keçirdib. Bu isə ingilis dilinə tərcümədə Onimusha deməkdir. Bu informasiyanı əldə edmiş istifadəçi həmçinin onuda bildirib ki, bu tamamilə yeni bir ticarət nişanıdır. Yəni artıq var olan ticarət nişanının yenilənməsi deyil. Bizi necə bir oyunun gözlədiyini söyləmək hələki çətindir. Bu tamamilə yeni bir oyun, keçmiş hissələrin yenilənməsi və yaxud mobil oyun ola bilər. Qeyd edək ki, seriyanın ilk hissəsi 2001-ci ildə satışa çıxmışdır. Daha sonra seriyanın 3 oyunu satışa çıxmışdır və hələki son hissə sayılan Onimusha: Dawn of Dreams oyunu 2006-cı ildə işıq üzü görmüşdür.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


The Game Awards 2015 tədbirinin qalibləri bəlli olub.

The Game Awards 2015 tədbirinin təşkilatçıları 2015-ci ilin ən yaxşı oyunlar siyahısını təqdim ed..


Batman haqqında daha bir oyun

The Walking Dead, The Wolf Among Us, Tales from the Borderlands kimi oyunlar ilə məşhurlaşan Telltal..


Far Cry Primal oyununun ilk gameplay videosu

Ubisoft şirkəti The Game Awards 2015 tədbiri çərçivəsində Far Cry Primal oyununun ilk gameplay video..


Psychonauts 2 anons olunub

Bugün səhər keçirilmiş The Game Awards 2015 tədbiri çərçivəsində amerikalı game-dizayner Tim Schaf..


PlayStation Experience 2015 tədbirində Ace Combat 7 anons oluna bilər

Gələn həftə keçiriləcək PlayStation Experience 2015 tədbirində PS4 üçün Ace Combat 7 oyunu anons o..


Fallout 4-də yaradılmış məşhur simalar və personajlar

Bethesda studiyasının RPG janrında olan oyunları personaj yaradılması baxımından böyük imkanlar veri..

×