

Görüntüsü ilə üzləri gülümsədən dünyanın ən böyük hava nəqliyyatı Airlander 10, ilk səyahətini etməyə hazırlaşır.
Təxminin 3 illik bir zəhmətin nəticəsində ortaya çıxan təyyarə, hava şarı və vertolyot qarışımı hava nəqliyyatı olan Airlander 10, ilk səyahətini etmək üçün hazırlıqlarını tamamladı və Bedforshire-dakı məkandan çıxardıldı.
Uzunluğu futbol meydançası, hündürlüyü isə 10 mərtəbəli bir bina qədər olan Airlander 10-un bu ayın sonunda reallaşdırılacaq ilk uçuşdan əvvəl bəzi testlərdən keçirilərək tam olaraq hazır olub-olmadığı sınaqdan keçiriləcək.
3 həftə ərzində havada qala bilən Airlander 10, ümumi 50 sərnişin daşıya bilir. Nəqliyyat vasitəsinin yaradıcısı "Hybrid Air Vehicles"-ın rəhbəri Stefan MakQlenen, ilk uçuşu barədə hiss etdiyi həyəcanı dilə gətirərək bunları bildirdi: "Belə bir şey barədə danışırıqsa, qeyd etməliyik ki, görmək inanmaqdır. İnsanlara onu göstərməliyik”.

Şərh yoxdur