

Grand Theft Auto V rekordları alt üst etməyə davam edir. Hələ preorder dönəmində satış rekordu qıran GTA V PC-yə çıxdıqdan sonra oyun bazarının altını üstünə gətirdi. Hətta bazarda elə bir status qazandı ki, FIFA 15, CoD: Advanced Warfare, Battlefield: Hardline kimi oyunlara ciddi fərq atdı, onların önündə liderliyi ələ keçirdi. GamesMarkt Magazine v 5aylıq satış statistikalarını göstərən cədvəl təqdim etdi və bu cədvəldən açıq aydın görmək olar ki, əldə olunan gəlirə görə GTAV digər oyunları iflasa(!) uğradır.
OYUNLARIN TARİXİ: Grand Theft Auto
Bu arada açıqlanan rəqəmlər arasında PlayStation 4’ün xüsusi oyunu Bloodborne 10, The Order: 1886 12-ci sırada yer alaraq Sony’nin uğurlu çıxışının bariz nümunəsi oldu.
Şərh yoxdur