main-post-cover

    Gümüş Nokia 6 satışa çıxdığı anda tükəndi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çində tam mənasıyla bir Nokia çılğınlığı yaşanır. Nokia 6-nın gümüş rəngli modeli Çində satışa təqdim edildi və çox qısa bir müddət içərisində tükəndi.

    HMD Global tərəfindən Çin bazarına xüsusi olaraq satışa təqdim edilən gümüş rəngli Nokia 6, eyni gün içərisində bütün anbarlarındakı olan telefonları tükəndi.
    Bundan əvvəl satışa təqdim edilən bir çox Nokia modeli də inanılmaz bir uğur əldə edərək Nokia-nı yenidən güclü markalar arasına daxil olmasını təmin etmişdi. Nokia 6-nın gümüş rəngli modeli də bu ənənəni davam etdirdi.
    Asiya bazarında mükəmməl bir uğur əldə edən Nokia 6-nın, Şimali Amerika və Avropa qitələrində necə bir performans nümayis etdirəcəyi isə maraq mövzusu oldu.

    Xatırlayacağınız kimi daha əvvəl gələn xəbərlərdə bu il içərisində Çin xaricindəki ölkələrdə də satışa təqdim ediləcəyi açıqlanmış amma dəqiq bir tarix verilməmişdi.
    Nokianın yeni falqmanı olması gözlənilən Nokia 9-un eyni uğuru təkrar edib edə bilməyəcəyi, smartfon telefon təqdim edilib satışa çıxdıqdan sonra bilinəcək.
    Linki kopyala