Günəş sistemində yeni planet kəşf olunub
07.05.2017
Farid Pardashunas
Miçiqan Universitetinin alimləri Günəş sistemində yeni planet kəşf ediblər.
Kəşf edilmiş yeni cırtdan planet
2014 UZ224 adlanır və o, Yer kürəsindən 30 dəfə kiçikdir. Kosmik obyekt 2014-cü
ildə Miçiqan Universitetinin astrofiziki Devid Gerdes və onun tələbələri tərəfindən
aşkar edilmişdir. Lakin məhz yaxın günlərdə obyekt cırtdan planet kimi qeydiyyatdan
keçmişdir. Onun diametri 420 km-dir. Fərqləndirmək üçün qeyd etmək lazımdır ki,
Yer kürəsinin diametri 12.724 km-dir. Yeni planet Pluton-un orbitindən bir qədər
kənarda yəni, Günəş sisteminin sərhədində yerləşir. 2014 UZ224 planetinin Günəş
ətrafında tam dövretmə müddəti isə 1136 il çəkir. Qeyd etmək lazımdır ki,
kosmik obyektin cırtdan planet kimi qeydiyyatdan keçməsi üçün o, Günəş ətrafında
orbit üzrə dövr etməli, hidrostatik müvazinəti təmin etmək üçün yetərli kütləyə
sahib olmalı və digər planetin peyki olmamalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ