main-post-cover

    Barama HackDay 2016 tədbiri fəaliyyətinə başladı.

    Elm & Texnologiya
    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
    Developerlərin həyəcanla gözlədiyi tədbir və yarışma bugün səhər saatlarından etibarən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində baş tutan "Python ilə proqramlaşdırmanın əsasları" adlı təlim ilə fəaliyyətinə başladı. 13 komandanın iştirak edəcəyi bu yarışın ilk 2 günündə proqramçılar təlimlərdə iştirak edərək biliklərini daha da təkmilləşdirəcəklər.



    Tədbirin açılışı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin kordinatoru Fidan Tofidi tərəfindən həyata keçirildi. Tədbir haqqında iştirakçılara geniş informasiya verən əməkdaş tədbiri açıq elan edərək sözü Sumaks şirkətindən dəvət olunmuş proqramçı Cahangir Şəbiyevə verdi. 



    Tədbirin bu günə olan planını təqdim edirik:

    10:00 - Qeydiyyatdan keçmə prosesi
    10:20 - Elnur Məmmədovun təqdimatında LaBRİ Python Funtamendals Training hissəsi
    12:00 - Coffee Fasiləsi
    14:00 - Bəhruz İbrahimovun təqdimatında "Web server təhlükəsizliyi və qorunma üsulları” training hissəsi 
    15:00 - Jahangir Şəbiyevin təqdimatında Python dili ilə programlaşdirilma training hissəsi
    16:00 - Coffee Fasiləsi



    Qeyd edək ki, Barama HackDay 2016 yarışında aşağıdakı komandalar mübarizə aparacaqlar:

    • CheckMate
    • chunkz
    • Codezilla
    • GroovyOnGrails
    • Kernel Panic
    • Halalgorithm
    • stress_log
    • Bet365
    • TITAN
    • LyaFaMi
    • WorksOnMyMachine
    • YUSOFT
    • nightcoders

     
     
    Azercell’in baş sponsorluğu, PAŞABank və Huawei Mobile Azərbaycanın sponsorluğu ilə təşkil olunan yarışda 1-ci yerə laiq görülmüş komanda üzvləri Huawei şirkəti tərəfindən 3 ədəd Mate S ağıllı telefonu ilə mükafatlandırılacaq.
    Yarış zamanı iştirakçıların qidaya olan təlabatı Pizza-Mizza restoranı tərəfindən ödənilir.





     


    Linki kopyala