Hackerlər ABŞ-ın vacib məlumatlarını ələ keçiriblər

Hackerlər ABŞ-ın vacib məlumatlarını ələ keçiriblər

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Shadow Brokers” hacker qruplaşması ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) kiber casuslarının arxiv fayllarını hərraca yerləşdirib. Faylların, ən yüksək qiymət təklif edən şəxsə satılacağı qeyd olunub.

Hackerlər "Tumblr” saytındakı ismarıclarında bildiriblər ki, onlar MTA ilə sıx əlaqədə olan "Equation Group” adlı kiber casus komandasının kompüter sistemlərini sındırıblar. "Technote.az"ın "Wired.com" satına istinadən verdiyi xəbərə əsasən qeyd olunmuş casus komandası 14 il ərzində aşkar edilmədən müxtəlif ölkələrə kiber hücumlar təşkil etmişdir. Sübut olaraq "Shadow Brokers” MTA-nın oğurlanmış "kiber silahını” təqdim edib. Bundan əlavə olaraq "Stuxnet-dən daha yaxşı” kompüter kodlu şifrələnmiş fayl da təqdim olunmuşdur. Güman olunur ki, Stuxnet MTA tərəfindən yaradılmış virusdur. Həmin virusun 2010-cu ildə İran-dakı atom elektrostansiyası kompüterlərinə zərər vurduğu qeyd edilir. Məlumata əsasən faylın şifrəsini açmaq üçün nəzərdə tutulmuş açar bitcoin valyutası ilə ən yüksək qiyməti təklif edəcək şəxsə veriləcək. Mütəxəssislərin bildirdiyinə görə isə hackerlər tərəfindən oğurlanmış fayllarda heç bir təhlükəli məlumat yoxdur. 

 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×