
Hackerlər Pokemon GO-nun serverlərini çökdürəcəklərini bildiriblər
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Böyük hacker qruplaşması Poodlecorp qısa zaman ərzində məşhurluq
qazanmış Pokemon GO mobil oyununun serverlərinin çökdürəcəyini bildirib. Verilən
məlumata əsasən oyunu "Poodlecorp
tarixində ən ciddi DDoS hücum” gözləyir. Hackerlər 600.000 cihaz botnetindən
istifadə etməyə hazırlaşırlar. Hackerlərin bildirişində qeyd olunub onlar bunu
bacardıqları üçün edəcəklər. Onlar xaos yaymağı sevirlər. Pokemon GO-a
planlaşdırılan hücum təqribi olaraq 1 avqust tarixində baş tutacaq. Qeyd edək ki, hackerlərin hücumları
olmadan belə oyunun serverləri böyük problemlərlə işləyir. Oyun haqqında
külli miqdarda məlumatın fonunda Pokemon GO-nun hələki aktiv olmadığı ölkələrin
istifadəçiləri digər ölkələr üçün nəzərdə tutulmuş versiyaları yükləyərək həmin
ölkələrin serverlərinin yüklənməsinə səbəb olurlar. Podlecorp hackerlərinin sözlərinə görə onların
hücumu oyunun bir günlük çökməsinə gətirib
çıxaracaq. Daha əvvəllər sözügedən hacker qruplaşması League of Legends oyununa
və bir sıra saytlara hücum etmişdir.
Linki kopyala
Həftənin xəbərləri

