main-post-cover

    Hackerlər Pokemon GO-nun serverlərini çökdürəcəklərini bildiriblər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Böyük hacker qruplaşması Poodlecorp qısa zaman ərzində məşhurluq qazanmış Pokemon GO mobil oyununun serverlərinin çökdürəcəyini bildirib. Verilən məlumata əsasən oyunu  "Poodlecorp tarixində ən ciddi DDoS hücum” gözləyir. Hackerlər 600.000 cihaz botnetindən istifadə etməyə hazırlaşırlar. Hackerlərin bildirişində qeyd olunub onlar bunu bacardıqları üçün edəcəklər. Onlar xaos yaymağı sevirlər. Pokemon GO-a planlaşdırılan hücum təqribi olaraq 1 avqust tarixində baş tutacaq. Qeyd edək ki, hackerlərin hücumları olmadan belə oyunun serverləri böyük problemlərlə işləyir. Oyun haqqında külli miqdarda məlumatın fonunda Pokemon GO-nun hələki aktiv olmadığı ölkələrin istifadəçiləri digər ölkələr üçün nəzərdə tutulmuş versiyaları yükləyərək həmin ölkələrin serverlərinin yüklənməsinə səbəb olurlar. Podlecorp hackerlərinin sözlərinə görə onların hücumu oyunun  bir günlük çökməsinə gətirib çıxaracaq. Daha əvvəllər sözügedən hacker qruplaşması League of Legends oyununa və bir sıra saytlara hücum etmişdir. 
    Linki kopyala