

Bitcoin ticarəti ilə məşğul olan "BitFinex", itirdiyi bütün pulları istifadəçilərinə ödətmək qərarına gəlib.
"BitFinex" adlı Bitcoin ticarəti edən sayt 65.000$ dəyərində olan 119.756 Bitcoin-nin hackerlərin əlinə keçməsinin ardından, Bitcoin-lərin qiyməti 607$-dan 480$-a düşmüşdü. Bu hadisədən sonra şirkətin etdiyi açıqlama hər kəsin marağına səbəb olub. Belə ki, şirkət itirdiyi pulları istifadəçilərdən alacağını və istifadəçilərin toplamda 36% dəyərində Bitcoin itirəcəyini bildirib. Bu isə təbii ki, Bitcoin sahiblərinin haqlı narazılığına səbəb olub və bu qərarın şirkətin gələcək fəaliyyətinə mənfi təsir edəcəyi şübhəsizdir.

Şərh yoxdur