Hamısı-bir-yerdə kompüterlərdə GTX 1080 dövrü
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Ümumiyyətlə təvazökar təchizatlar müəyyən edən Hamısı-Bir-Yerdə kompüter sistemləri, GTX 1080 ekran kartı ilə oyunçuların da ilk seçimlərindən biri olmağa hazırlaşır.
Oyun sevərlərin maraqla gözlədiyi performans canavarı Nvidia GeForce GTX
1080 ekran kartı, bir çox kompüter kassasında indidən yerini ayırtmış vəziyyətdə.
Mobil tərəfdə də fərqli bir versiya ilə gözlədiyimiz GTX 1080, fərqli bir
sektoru daha ayağa qaldırır. Ümumiyyətlə ofis tətbiqləri kimi aşağı gücdəki əməliyyatlar
üçün istifadə edilən Hamısı-Bir-Yerdə kompüter sistemləri, son dövrdə güclü nümunələri ilə qabığını qırmağa
başladığını göstərmişdi. İndi Hamısı-Bir-Yerdə kompüter sistemləri GTX 1080 ekran kartı ilə oyunçuların da ilk seçimlərindən
biri olmağa hazırlaşır.
ABŞ-lı Digital Storm tərəfindən Computex 2016 sərgisində gətirilən Aura
adındakı Hamısı-Bir-Yerdə kompüter
modeli, Nvidia GeForce GTX 1080 Founders Edition ilə oyunçuların 4K səviyyəsində
belə ilişmədən oyun oynamalarını təmin edə biləcəkdir. Skylake və BROADWELL-E əsaslı prosessor variantlarının olduğu
sistem, firmanın öz maye soyutma həllindən istifadə edir. 34 düymlük 3440x1440
piksel dəqiqliyində əmsalı 60Hz qövslü bir ekrana sahib olan modelin, yuxarıda
saydığımız konfiqurasiyası çox bahalıdır.Qiyməti 2600 $ səviyyəsinə qədər gedib
çıxır. Gigabyte Z170N-Gaming 5 Mini-ITX üzərində formalaşan sistemdə,GeForce GTX 960, GTX 980, Titan X 12GB,
32GB DDR4 2666MHz RAM, 1TB 7200RPM HDD kimi geniş bir variant təklifi var.
Hələ X99 əsaslı bir anakart variantı
əlavə olunmamışdır. Başlanğıc qiyməti 1999 $ olan sistem, oyun sevərlərin
kompüter yığdırarkən mütləq göz atacağı bir alternativ halına gələcəkdir. Nvidia G-Sync texnologiyasının
olmadığını təxmin etdiyimiz sistem, bu mənada bir az geridə qala bilər. Model
ABŞ və Kanadada satışa təqdim ediləcək.
Polad Tağıoğlu
Redaktor
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək